İrakli Kobaxidze Gürcüstanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Ana Abuladze ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Ana Abuladze ilə görüşüb.
Hökumət başçısı səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Ana Abuladze çoxillik diplomatik fəaliyyət təcrübəsinə malikdir. O, 2018-ci ildən Gürcüstanın diplomatik missiyalarında müxtəlif vəzifələri tuturdu, o cümlədən Gürcüstanın Polşa Respublikasındakı səfirliyinin müşaviri və Almaniya Federativ Respublikasında Gürcüstan səfirliyinin baş müşaviri idi. 2024-cü ildən Gürcüstanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli elçisi vəzifəsini tutur.
Ana Abuladze cari ilin iyunun 26-da Gürcüstanın Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.