İrakli Kobaxidze Gürcüstanın katolikos-patriarxının vəfatı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğanın başsağlığı məktubunu alıb
İrakli Kobaxidze Gürcüstanın katolikos-patriarxının vəfatı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğanın başsağlığı məktubunu alıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın katolikos-patriarxının vəfatı ilə əlaqədar baş nazir İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərib.

Türkiyə prezidenti Gürcüstanın baş nazirinə, pravoslav kilsəsinə və gürcü xalqına başsağlığı verib.

“Hörmətli cənab baş nazir, 17 mart gecəsi onun müqəddəsliyi, bütün Gürcüstanın katolikos-patriarxı İlya II-nin vəfat etdiyini böyük kədər hissi ilə öyrəndim. Türk xalqı və şəxsən öz adımdan mərhumun ailəsinə, Zati-alinizə, pravoslav kilsəsinə və gürcü xalqına dərin başsağlığımı bildirirəm”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Məlumatı baş nazirin mətbuat xidməti yayıb.