İrakli Kobaxidze Gürcüstanın İndoneziyadakı səfiri və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasında Gürcüstanın nümayəndəsi ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın İndoneziya Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri və Gürcüstanın Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasında (ASEAN) nümayəndəsi Tornike Nozadze ilə görüşüb.
Gürcüstan hökumətinin məlumatına əsasən, baş nazir diplomatı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
“Tornike Nozadze 2024-cü ildən Gürcüstanın İndoneziya Respublikasındakı səfirliyinin və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasında (ASEAN) Gürcüstanın Nümayəndəliyinin fövqəladə və səlahiyyətli elçisi vəzifəsini tuturdu. Onun dövlət sektorunda uzun illər iş təcrübəsi var. O cümlədən, 2019–2022-ci illərdə Gürcüstanın Finlandiya Respublikasındakı müvəqqəti işlər vəkili olub. 2018–2019-cu illərdə Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinə rəhbərlik edirdi” – Gürcüstan hökumətinin məlumatında deyilir.