İrakli Kobaxidze Gürcüstanın həndbol milli komandasını Avropa çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib
İrakli Kobaxidze Gürcüstanın həndbol milli komandasını Avropa çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze prezident Mixeil Ğavelaşvili ilə birlikdə “Tbilisi Arena”da Gürcüstan və Yunanıstanın həndbol milli komandalarının oyununda iştirak edib.

Oyundan sonra İrakli Kobaxidze Gürcüstanın həndbol milli komandasının üzvləri və məşqçi ilə görüşüb, onları qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Gürcüstanın icra və qanunvericilik hakimiyyətinin üzvləri oyunda iştirak ediblər. Gürcü həndbolçular ardıcıl ikinci dəfə Avropa çempionatında mübarizə aparacaqlar. Hökumətin qərarı ilə Gürcüstanın həndbol milli komandasına Avropa çempionatına vəsiqə qazandığı üçün pul mükafatı, bir milyon lari veriləcək.