İrakli Kobaxidze - Gürcüstanın qarşısında süni maneələr yarananda, ​​Macarıstan Gürcüstanın Avropaya inteqrasiyası üçün əlindən gələnin maksimumunu edən ölkə idi
İrakli Kobaxidze - Gürcüstanın qarşısında süni maneələr yarananda, ​​Macarıstan Gürcüstanın Avropaya inteqrasiyası üçün əlindən gələnin maksimumunu edən ölkə idi

 

Macarıstan Gürcüstanın Avropaya inteqrasiyasının ən güclü dəstəkçisi olaraq qalır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Hökumət başçısı bildirib ki, Avropaya inteqrasiya yolunda Gürcüstanın qarşısında süni maneələr yarandığı bir şəraitdə, Macarıstan Gürcüstanın Avropaya inteqrasiyası üçün əlindən gələnin maksimumunu edən, bu prosesə dəstək verən ölkə idi.

“İlk növbədə, Macarıstanda səmimi qonaqpərvərliyinizə görə çox dərin təşəkkürümü bildirmək istəyirəm və Sizdən hiss etdiyimiz güclü və sarsılmaz dəstəyə görə isə daha dərin minnətdarlığımı ifadə etmək istəyirəm, gürcü xalqı bunu çox qiymətləndirir.
Macarıstan suverenliyimiz və ərazi bütövlüyümüzün çox güclü dəstəkçisidir və belə qalır. Həmçinin, Gürcüstanın Avropaya inteqrasiya yolunda Macarıstandan, cənab Baş nazir şəxsən sizdən və Macarıstan hakimiyyətindən aldığımız dəstək də bizim üçün az əhəmiyyət kəsb etmir.
Macarıstan Gürcüstanın Avropaya inteqrasiyasının ən güclü dəstəkçisi olaraq qalır. Avropaya inteqrasiya yolunda Gürcüstanın qarşısında süni maneələr yarandığı bir şəraitdə, Macarıstan Gürcüstanın Avropaya inteqrasiyası üçün əlindən gələnin maksimumunu edən, bu prosesə dəstək verən ölkə idi. Buna görə cənab Baş nazir Sizə və hökumətinizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm” – baş nazir bildirib.