İrakli Kobaxidze - Gürcüstan və Macarıstan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün çox böyük potensial var
Gürcüstan və Macarıstan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün çox böyük potensial var- bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştdə Gürcüstan-Macarıstan Hökumətlərarası Komissiyasının 2-ci iclasında deyib.
Hökumət başçısı, sektorlararası əməkdaşlığın dərinləşdirilməsinin də çox mühüm olduğunu bildirib.
“İqtisadi və ticarət əlaqələrinin sonrakı inkişafı bizim üçün çox vacibdir. Bu istiqamətdə də bizdə çox yaxşı dinamika var, lakin resurs daha da çoxdur. Bu potensialdan maksimal şəkildə istifadə etmək üçün əlimizdən gələnin maksimumunu etməkdə marağımız var. Düşünürük ki, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün çox böyük potensial var. Həmçinin, sektorlararası əməkdaşlığın dərinləşdirilməsi bizim üçün çox mühümdür. Bu gün burada hökumətin tam tərkibi təmsil olunur və energetika, əlaqələndirmə, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil, mədəniyyət, hüquq-mühafizə sahəsi, ədliyyə, səhiyyə kimi bütün sahələrdə əməkdaşlıq bizim üçün maraqlıdır. Əməkdaşlığı daha da dərinləşdirmək üçün bütün istiqamətlərdə maraqlıyıq. Bunun üçün çox önəmlidir ki, ikitərəfli komissiyamızın sahə formatları da daha da inkişaf etsin və istəyimiz budur ki, bu istiqamətdə əməkdaşlığı daha da dərinləşdirək. Həmçinin, şadıq ki, ölkələrimiz arasında tərəfdaşlıqla bağlı hüquqi çərçivə inkişaf edir və bu istiqamətdə də maksimum əməkdaşlığa hazırıq. Şadıq ki, bu günlər ərzində müxtəlif sahələrdə əməkdaşlığın sonrakı inkişafını nəzərdə tutan mühüm memorandumlar imzalanacaq. Sizin dəstəyiniz ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. İkitərəfli əməkdaşlığımız bizim üçün çox vacibdir. Bir daha ölkəmizə və gürcü xalqına göstərdiyiniz dəstəyə görə təşəkkür etmək istəyirəm. Əlbəttə, inanıram ki, bugünkü görüşümüz də, bu sammit də münasibətlərimizin daha da dərinləşməsi və inkişafına öz mühüm töhfəsini verəcək” – Gürcüstanın Baş naziri bildirib.