İrakli Kobaxidze – Gürcüstan və Ermənistan arasında münasibətlər həm siyasi, həm iqtisadi baxımdan müxtəlif sahələrdə çox dinamik şəkildə inkişaf edir
İrakli Kobaxidze – Gürcüstan və Ermənistan arasında münasibətlər həm siyasi, həm iqtisadi baxımdan müxtəlif sahələrdə çox dinamik şəkildə inkişaf edir

Gürcüstan və Ermənistan arasında münasibətlər həm siyasi, həm də iqtisadi baxımdan müxtəlif sahələrdə çox dinamik inkişaf edir – bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Vahaqn Xaçatryanla görüş zamanı bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan və Ermənistan hökumətləri arasında çox sıx əməkdaşlıq mövcuddur və ölkələr arasında olan münasibətlərin dinamikası gələcək tərəfdaşlığın daha da inkişafı üçün möhkəm baza yaradır.

“Biz çox sevinirik ki, ölkələrimiz arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Əlbəttə ki, yüksək səviyyəli səfərlərin tez-tez baş tutması da bunun sübutudur. Gürcüstana gəldiyiniz üçün sizə təşəkkür edirəm, şəxsi dəstəyiniz bizim üçün çox önəmlidir. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi sahələrdə çox dinamik inkişaf edir. Ermənistan hökuməti ilə çox sıx əməkdaşlığımız var. Əminik ki, bu dinamika və bu templə gələcəkdə münasibətlərimizin inkişafı istiqamətində böyük uğurlara nail olacağıq,” – deyə baş nazir bildirib.