İrakli Kobaxidze Gürcüstan və Bosniya və Herseqovinanın həndbol üzrə milli komandaları arasında keçirilən oyunda iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Mixeil Ğavelaşvili və Nazirlər Kabinetinin üzvləri ilə birlikdə Gürcüstan və Bosniya və Herseqovinanın həndbol üzrə milli komandaları arasında keçirilən oyunda iştirak edib.
“Tbilisi Arena”da keçirilən Avropa çempionatının seçmə turnirinin oyunu Gürcüstan həndbol komandasının 28:26 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra baş nazir və prezident idmançılarla görüşüb, onları qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıblar.