İrakli Kobaxidze - Gürcüstan müstəqilliyi, azadlığı və demokratiyanı geri qaytardı, bu isə bu gün ölkəmizin irəliləyişi və Avropa ailəsinə qoşulması üçün möhkəm zəmin yaradır
İrakli Kobaxidze - Gürcüstan müstəqilliyi, azadlığı və demokratiyanı geri qaytardı, bu isə bu gün ölkəmizin irəliləyişi və Avropa ailəsinə qoşulması üçün möhkəm zəmin yaradır

 

İllər ərzində biz dörd müharibə, Gürcüstanın suverenliyinin 9 illik pozulması və qanlı avtoritarizmdən keçdik, lakin azadlıqsevər gürcü xalqının irsi burada da üstün gəldi və Gürcüstan müstəqilliyi, azadlığı və demokratiyanı geri qaytardı, bu isə bu gün ölkəmizin irəliləyişi, inkişafı və Avropa ailəsinə qoşulması üçün möhkəm zəmin yaradır – bu barədə baş nazir İrakli Kobaxidze çağırışçıların andiçmə mərasimində çıxışı zamanı deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstanın tarixi üç minilliyi, Gürcüstan dövlətçiliyi isə 23 əsri əhatə edir.

“Kiçik ölkəmiz daim böyük dövlətlərin kəsişməsində mövcud olmağa məcbur idi. Müvafiq olaraq, Gürcüstanın və gürcü xalqının yolu heç vaxt asan olmamışdır. Lakin, biz gürcülərin, hər zaman inamı var idi ki, biz xüsusi, tanrının anasının havadarlıq etdiyi millətik və saysız-hesabsız çətinliklərə baxmayaraq, ölkəmizi və onun müstəqilliyini bu günə qədər daşımaq üçün bizə güc verən məhz bu inam idi. Ətrafımızda imperiyalar çökürdü, Gürcüstan isə tanrının və əqdəs tanrının anasının himayəsi altında bu günə qədər möhkəm ayaqda durur.

Gürcüstanın son 35 illik tarixi də belə olub. Bu illər ərzində biz dörd müharibə, Gürcüstanın suverenliyinin 9 illik pozulması və qanlı avtoritarizmdən keçdik. Lakin azadlıqsevər gürcü xalqının irsi burada da üstün gəldi və Gürcüstan müstəqilliyi, azadlığı və demokratiyanı geri qaytardı, bu isə bu gün ölkəmizin irəliləyişi, inkişafı və Avropa ailəsinə qoşulması üçün möhkəm zəmin yaradır.

Gürcüstanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün səyləri əsirgəməmək hər birimizin borcudur. Yaşasın müstəqil, vahid və güclü Gürcüstan! Tanrı vətənimizi hifs etsin” – baş nazir bildirib.