İrakli Kobaxidze – Gürcüstan ərazilərini işğal edən yeganə dövlət və tərəf Rusiya Federasiyasıdır, bu, gürcü dövlətinə, xalqımıza qarşı cinayət idi
Gürcüstan ərazilərini işğal edən yeganə dövlət və yeganə tərəf, təbii ki, Rusiya Federasiyasıdır, bu çox quru faktdır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
Hökumət başçısı, Rusiya Federasiyasının Gürcüstan ərazisinin 20%-ni işğal etdiyini, bunun da gürcü dövlətinə qarşı cinayət olduğunu bildirib.
“İşğala gəlincə, hər şey tamamilə aydındır. Bu barədə çox sayda bəyanat verilir və bunu sorğulamağa artıq ehtiyac yoxdur. Əlbəttə ki, Rusiya Federasiyası Gürcüstan ərazilərinin 20%-ni işğal edib, bu da gürcü dövlətinə, xalqımıza qarşı cinayət idi. Bu, gürcü dövlətinə, gürcü xalqına qarşı törədilmiş gün kimi aydın cinayətdir. Bu, işğal idi və daha sonra dırnaqarası tanınma oldu” – İrakli Kobaxidze bildirib.