İrakli Kobaxidze - Gürcüstan demokratiyadır, hər kəs toplaşa bilər, lakin qanun çərçivəsində toplaşa bilər, əgər kimsə qanunu pozmağı ağlından keçirərsə, hər kəs layiqli cavabını alacaq
Nəticə etibarı ilə bütün radikal müxalifət kollektiv “Milli Hərəkat” adlandırdığımız bir qüvvədir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Kobaxidzenin qeyd etdiyi kimi, əslində onların arasında heç bir fərq yoxdur, sadəcə taktiki fərqlər var.
“Seçkilərə münasibətə gəlincə, aydındır ki, seçkilərdə iştirak edən iki partiya var, seçkilərdə iştirakı xəyanət elan edən iki partiya var. Təbii ki, onların öz subyektiv maraqları da var. “Milli Hərəkat” və onun ikinci qolu tərəfindən 4 oktyabr aksiyasının elan edilməsinin məqsədlərindən biri odur ki, onlar “Lelo” və Qaxarianın mümkün qədər az səs almasını istəyirlər. Burada, subyektiv maraqlar var, lakin nəticə etibarı ilə hamısının bir sahibi var. Bundan irəli gələrək, təəccüblü deyil ki, taktiki və ya subyektiv, fərqləri nə olursa olsun, nəticə etibarı ilə bu partiyaların hamısını sahibləri bir yerə toplayır. Təbii ki, oktyabrın 4-də də belə olacaq, lakin heç bir formada onların uğur qazanmaq şansı yoxdur” – İrakli Kobaxidze bildirib.
İrakli Kobaxidze bildirir ki, hamı toplaşa bilər, lakin qanunu pozanlara layiqli cavab veriləcək.
“Təbii ki, Gürcüstan demokratiyadır, hər kəs toplaşa bilər, lakin hər kəs qanun çərçivəsində toplaşa bilər. Əgər kimsə qanunu pozmağı ağlından keçirərsə, əlbətdə, hər kəs layiqli cavabını alacaq” – İrakli Kobaxidze bildirib.