İrakli Kobaxidze – Gürcüstan bütün istiqamətlər üzrə qabaqcıl mövqedədir, iqtisadi göstəricilər baxımından Gürcüstan təkcə namizəd ölkələri deyil, həm də bir sıra Avropa İttifaqı üzvü dövlətləri qabaqlayır

14:30, 10.07.2026

“Bizim maksimum dərəcədə sağlam iqtisadi siyasətimiz var, bunun tərkib hissələrindən biri də özəl sektora münasibətimizdir. Gürcüstan bütün istiqamətlər üzrə qabaqcıl mövqedədir”, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

“Biz iqtisadi tərəqqi ilə bağlı bütün göstəricilər üzrə təkcə namizəd ölkələri deyil, həm də Avropa İttifaqının bir sıra üzv dövlətlərini qabaqlayırıq. Buna görə də bu reytinq tamamilə məntiqlidir”, – deyə Kobaxidze bildirib.

Xatırladaq ki, Çandler İnstitutu “Yaxşı hökumət 2026” hesabatını yayımlayıb. Hesabata əsasən, özəl sektorun inkişafını dəstəkləyən idarəetmə baxımından Gürcüstan hökuməti Avropanın ən yaxşı 20-liyində yer alıb.

Hesabata görə, Gürcüstan Avropa İttifaqına namizəd olan bütün ölkələri, həmçinin Avropa İttifaqı və NATO üzvü olan 17 dövləti qabaqlayır. Bu ölkələr sırasına İtaliya, İspaniya, Portuqaliya, Polşa, Slovakiya, Sloveniya, Xorvatiya, Yunanıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Malta, Kipr, Monteneqro, Şimali Makedoniya, Albaniya və Türkiyə daxildir.

Oxşar