İrakli Kobaxidze – Gürcü xalqına qarşı ədalətsiz münasibət görürük, bundan irəli gələrək, Avropa Komissiyasının növbəti hesabatında hər hansı yaxşılaşma gözləməli olduğumuzu düşünmürük

16:55, 17.10.2026

 

Avropa İttifaqının genişlənməsi ilə bağlı Avropa Komissiyasının növbəti hesabatı ehtimal ki, əvvəlkinə bənzər olacaq, çünki biz Avropa Komissiyasının yanaşmalarında hər hansı əsaslı dəyişiklik görmürük – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.

O, hakim komandanın bu baxımdan hər hansı yaxşılaşma gözləmədiyini bildirib.

“Biz Avropa Komissiyasının yanaşmalarında hər hansı əsaslı dəyişiklik görmürük, bu da çox təəssüf doğurur. Biz görürük ki, ikili standart, gürcü xalqına qarşı ədalətsiz münasibət var və bu, hələlik dəyişməyib. Bundan irəli gələrək, biz hər hansı yaxşılaşma gözləməli olduğumuzu düşünmürük, bu da acı reallıqdır” – Kobaxidze bildirib.

Oxşar