İrakli Kobaxidze - Gürcü dili bizim özünəməxsusluğumuzun, birliyimizin rəmzidir, gürcü dilinin dünya mədəni məkanında müstəsna rolunu möhkəmləndirmək bizim daimi öhdəliyimizdir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan vətəndaşlarını Ana Dili Günü münasibətilə təbrik edir.
Kobaxidze bildirib ki, gürcü dili özünəməxsusluğun, mənəviyyat və birliyin rəmzidir.
“1978-ci ilin 14 Apreli – tariximizin ən müstəsna günlərindən biridir. Sovet hakimiyyətinin gürcü dilini dövlət dili statusundan məhrum etmək niyyəti gürcü cəmiyyətinin vətənpərvər cavabı ilə müşaiyət olundu və bu, Sovet hakimiyyətini qərarını dəyişməyə məcbur etdi.
Gürcü dili bizim özünəməxsusluğumuzun, mənəviyyatımızın və birliyimizin rəmzidir. İlia Cavcavadze bizə öyrədir ki, dil müqəddəsdir və ictimai mülkiyyətdir, ona “insan dayaq durmalıdır”. Məhz ana dilinə dayaq durulmasının bu qəhrəmanlıq addımı təkcə gürcü dilinin dövlət dili statusunu qoruyub saxlamadı, həm də milli hərəkatın yüksəlişinə ilk güclü təkan verən dönüş nöqtəsi oldu. Gürcü dilinin dünya mədəni məkanında müstəsna rolunu möhkəmləndirmək, bütün həmvətənlərimizi gürcü dilini öyrənməkdə dəstəkləmək və onun dövlət dili kimi əhəmiyyətini daha da möhkəmləndirmək bizim daimi öhdəliyimizdir” – İrakli Kobaxidze qeyd edir.