İrakli Kobaxidze - Gürcü-Çin münasibətlərində həm siyasi, həm də iqtisadi ölçüyə böyük önəm veririk, strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün hər şeyi edəcəyik
İrakli Kobaxidze - Gürcü-Çin münasibətlərində həm siyasi, həm də iqtisadi ölçüyə böyük önəm veririk, strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün hər şeyi edəcəyik

 

Gürcü-Çin münasibətlərində həm siyasi, həm də iqtisadi ölçüyə böyük önəm veririk. Müvafiq olaraq, Gürcü-Çin strateji tərəfdaşlığının və münasibətlərinin daha çox dərinləşməsi üçün hər şeyi edəcəyik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çində gürcü jurnalistlərə deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan mühüm tədbir olan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir.

“İldən-ilə Gürcüstandan Çinə ixrac artır və ticarət-iqtisadi münasibətləri daha da dərinləşdirmək bizim marağımızdır. Təbii ki, bu tədbirdə iştirak münasibətlərin gələcək inkişafında işimizə çox yarayacaq. Həmçinin, dünən Çinin Baş naziri ilə görüşümüz oldu, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik və ölkələrimiz arasında münasibətlərin inkişafı üçün maraqlı ola biləcək bütün sahələrə toxunduq. Bu münasibətlərdə həm siyasi, həm də iqtisadi ölçüyə böyük önəm veririk. Müvafiq olaraq, Gürcü-Çin tərəfdaşlığının, strateji tərəfdaşlığın və münasibətlərin çox daha dərinləşməsi üçün hər şeyi edəcəyik.

Həmçinin, Şanxayın meri ilə də görüşümüz oldu. Bu il Şanxay və Tbilisinin qardaşlaşması ilə bağlı müqavilə imzalandı. Şəhərlər arasında tərəfdaşlığı dərinləşdirmək vacibdir. Burada da ölkələrimiz arasında münasibətlərin inkişafı haqda söhbətimiz oldu. Ümumilikdə, səfərimiz maraqlı şəkildə davam edir və əminik ki, bu səfərin gələcəkdə konkret əyani nəticələri olacaq” – İrakli Kobaxidze bildirib.