İrakli Kobaxidze – “Gürcü Arzusu”nun Siyasi Şurasına iki yeni üzv, İrakli Kirtsxalia və Zurab Pataradze əlavə olunub
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatına əsasən, partiyanın Siyasi Şurasına iki yeni üzv əlavə olunub.
Hökumət başçısının “Gürcü Arzusu”nun Siyasi Şurası və parlament çoxluğunun iclaslarından sonra bəyan etdiyi kimi, Siyasi Şuranın tərkibinə İrakli Kirtsxalia və Zurab Pataradze əlavə olunacaqlar.
“Partiyanın Siyasi Şurasının nizamnaməsinə əsasən, bizim Siyasi Şuranın tərkibini genişləndirmək imkanımız var. Cənab İrakli Kirtsxalia və Zurab Pataradzenin tərkibə daxil edilməsi barədə qərar qəbul olundu” – Kobaxidze açıqlayıb.
Xatırladaq ki, Siyasi Şuranın və parlament çoxluğunun iclasları bu gün keçirilib. Hər iki iclasda partiyanın fəxri sədri Bidzina İvanişvili iştirak edirdi.