İrakli Kobaxidze – “Gürcü Arzusu” tərəfindən təqdim olunan namizədlər növbəti dörd il ərzində əhəmiyyətli töhfələrini daxil edə bilərlər ki, Tbilisinin hər bir məhəlləsinə daha artıq həyat daxil olsun
Əminik ki, hər on namizəd inandırıcı qələbə qazanacaq, – bu barədə “Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidze Sakrebulo üzvlüyünə namizədləri təqdim etdikdən sonra bəyan etdi.
Elə onun dediyinə görə, hər on namizəd layiqlidir və onların önəmli təcrübələri var.
“Bu gün növbəti önəmli gündür, çünki Kaxa Kaladze Sakrebulonun hər on rayon üçün deputatlığa namizədlərini təqdim etdi və biz əminik ki, hər on namizəd inandırıcı qələbə qazanacaq. Onların hər biri çox layiqli namizəddir. Onların əksəriyyəti son illər ərzində də Tbilisiyə xidmət göstərirdi, bəzisi icra başçısı, bəzisi Sakrebulo üzvü vəzifəsindən. Hər birinin çox yaxşı, çox önəmli təcrübəsi var, o cümlədən Tbilisiyə xidmət baxımından, bundan irəli gələrək, onlar növbəti dörd il ərzində əhəmiyyətli töhfələrini daxil edə bilərlər ki, Tbilisinin hər bir məhəlləsinə daha artıq həyat daxil olsun”, – İrakli Kobaxidze bəyan etdi.