İrakli Kobaxidze - "Gürcü Arzusu" Tbilisi merliyinə namizəd olaraq Tbilisinin bütün zamanlarının ən yaxşı meri, Kaxa Kaladzeni təqdim edir
“Gürcü Arzusu” Tbilisi merliyinə namizəd olaraq Tbilisinin bütün zamanlarının ən yaxşı meri, Kaxa Kaladzeni təqdim edir, – bu barədə “Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze Mtasminda Parkında yerli özünüidarəetmə seçkilərinin Tbilisi merliyinə namizədin təqdimatında bəyan etdi.
Elə onun dediyinə görə, Kala Kaladze işində maksimal olaraq uğurlu idi.
“Bizim partiyamım, “Gürcü Arzusu” ictimaiyyətə Tbilisi merliyinə namizədi, Tbilisinin gələcək merini təqdim edir. Bizim bu günki təqdimatımız sürpriz olmayacaq, lakin ictimaiyyət üçün, Tbilisililə üçün, partiyamızın üzvləri üçün, tərəfdarlarımız üçün istənilən sürprizdən xoş olacaq. Tbilisi merliyinə namizəd olaraq, işində maksimal olaraq uğurlu olan insanı təqdim edirik. İstedı və əməyi ilə bütün uğurlara nail oldu. Komanda oyunçusudur, həmmübarizləri, dostları və öz komandasına sədaqətliyi fərqləndirir. Nümunəvu ailənin qayğısına qalan, nümunəvi ata,nümunəvi övlad. Cəsarətli qərarlardan qorxmur, dəqiq olaraq bilir Tbilisiyə nə lazımdır, Tbilisililərə nə lazımdır. Həyatla dolu şəhər konsepsiyasını yaratdı və diqiq olaraq bilir haraya daha çox həyat daxil etməlidir, Tbilisinin hər bir məhəlləsini daha çox inkişaf daxil etməlidir. “Gürcü Arzusu” Tbilisi merliyinə namizəd olaraq Tbilisinin bütün zamanlarının ən yaxşı meri, Kaxa Kaladzeni təqdim edir”, – Kobaxidze bəyan etdi.