İrakli Kobaxidze - Görəcəyik ki, təxminən bir milyon vətəndaş “Gürcü Arzusu”nu dəstəkləyəcək, bundan xeyli az insan Rustaveli prospektində toplaşacaq, ağıllı insan hakimiyyətin devrilməsi barədə necə düşünə bilər?!
İrakli Kobaxidze - Görəcəyik ki, təxminən bir milyon vətəndaş “Gürcü Arzusu”nu dəstəkləyəcək, bundan xeyli az insan Rustaveli prospektində toplaşacaq, ağıllı insan hakimiyyətin devrilməsi barədə necə düşünə bilər?!

 

Bu gün görəcəyik ki, təxminən bir milyon vətəndaş bu gün “Gürcü Arzusu”nu dəstəkləyəcək və görəcəksiniz ki, bundan xeyli az, 100 dəfə və 200 dəfə az insan bu gün Rustaveli prospektində toplaşacaq – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze seçimini etdiyi seçki məntəqəsində jurnalistlərə deyib.

Baş nazir bildirib ki, hakim partiyanın reytinqi 65%-dir, ağıllı insan hakimiyyətin devrilməsi və inqilab təşkil etmək barədə düşünməməlidir.

“Paata Burculadzenin elan etdiyi hakimiyyətin devrilməsi aksiyasının necə keçəcəyini çox gözəl görəcəksiniz. Xəbərdarlığımı təkrarlayacağam – heç kim qanunu pozmağa və ya bu qanunu tapdalamağa cəhd etməsin. Dinc şəkildə keçsə, nə gözəl, lakin zorakılığa əl atmağa çalışsalar, bunun cavabını alacaqlar. Tam səfərbərlik şəraitində belə müxalifət çox zəif təmsil olunacaq. Bundan irəli gələrək, onların uğur qazanmaq üçün heç bir perspektivi yoxdur. Bu gün görəcəyik ki, təxminən bir milyon vətəndaş bu gün “Gürcü Arzusu”nu dəstəkləyəcək və görəcəksiniz ki, bundan xeyli az, 100 dəfə və 200 dəfə az insan bu gün Rustaveli prospektində toplaşacaq. Reytinqimiz 65 % olarsa, ağıllı insan hakimiyyətin devrilməsi və inqilab təşkil etmək barədə necə düşünə bilər?! Bizdə etibarlı tədqiqatlar var və bu tədqiqatlar göstərir ki, hakim partiyanın reytinqi 65%-dir. 65%-lik reytinq şəraitində hakimiyyətin devrilməsi barədə düşünmək belə lazım deyil. Lakin onların müstəqil hərəkət etmək imkanları yoxdur. Xaricdən nə tapşırılırsa, onu da yerinə yetirirlər. Deyirlər “get başını divara vur” – və onlar da başlarını divara vururlar. Bu bizim gördüyümüz və bu axşam görəcəyimiz mənzərədir” – baş nazir bildirib.