İrakli Kobaxidze qiymətlərlə bağlı fəaliyyət göstərən Hökumət Koordinasiya Komissiyası formatında əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüşüb
İrakli Kobaxidze qiymətlərlə bağlı fəaliyyət göstərən Hökumət Koordinasiya Komissiyası formatında əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüşüb

 

Biznes azaddır, azad olmalıdır və qiymətlərin formalaşması əsasən azad bazar prinsiplərinə uyğun həyata keçirilməlidir. Lakin apteklər halında da sosial komponent var, bu da bizi narahat edir. Hakimiyyət olaraq, əhalimizin sosial maraqlarının maksimum dərəcədə qorunmasına görə məsuliyyət daşıyırıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən Hökumət Koordinasiya Komissiyasının əczaçılıq şirkətlərinin nümayəndələrinin iştirak etdiyi bugünkü iclasında bildirib.

Kobaxidzenin sözlərinə əsasən, dərmanlar və aptek qiymətləri məsələsi əhali arasında aktualdır, müvafiq olaraq, hakimiyyət üçün sektorun nümayəndələri ilə qiymətlərin azaldılması üçün imkanın nə dərəcədə mümkün olduğunu müzakirə etmək prioritetdir.

“Konkret olaraq aptek şəbəkələrinə, apteklərə gəlincə, bir prosesdən 2022-ci ildə artıq keçmişik, o zaman istinad qiymətləri tətbiq olundu və bu, bizə konkret dərmanlar üçün bir çox istiqamətdə nəticələr verdi, dərmanların konkret qruplarının qiymətləri real olaraq azaldı. Biz bu siyahını genişləndirmək üçün nə dərəcədə imkan olduğunu da müzakirə etmək istərdik. Həmçinin, qiymətlər arasındakı fərqin olduqca böyük olduğunu gördüyümüz aptek şəbəkələrində digər məhsullar da satılır. Avropa qiymətlərini götürsək, bir çox hallarda Böyük Britaniya, Fransa və s. daxil olmaqla Avropa ölkələri ilə 35-40 faiz fərq var. Yüksək qiymətlərin məntiqi təchizat zəncirinə nə dərəcədə əsaslandığı da maraqlıdır. Məsələ bizneslə bağlıdır, biznes azaddır, azad olmalıdır və qiymətlərin formalaşması əsasən azad bazar prinsiplərinə uyğun həyata keçirilməlidir. Lakin apteklər halında da sosial komponent var, bu da bizi narahat edir. Hakimiyyət olaraq, əhalimizin sosial maraqlarının maksimum dərəcədə qorunmasına görə məsuliyyət daşıyırıq və hardasa təkmilləşdirmək üçün imkan varsa, bunun maksimal şəkildə qayğısına qalmalıyıq. Bizim təşəbbüsümüz apteklər də daxil olmaqla bütün istiqamətlərdə məhz buna əsaslanır” – İrakli Kobaxidze bildirib.

Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüş müzakirə rejimində keçirilib və 25 əczaçılıq şirkətinin nümayəndəsi iştirak edib. Cari həftə yanacaq qiymətləri ilə bağlı da Hökumət Koordinasiya Komissiyası formatında görüş keçiriləcək.