İrakli Kobaxidze – Giorgi Qaxariya tüstü kimi yoxa çıxdı, o, yaxşı bilir ki, xəyanətkardır və ilk növbədə özündən gizlənir
Giorgi Qaxariyanın, xəyanətkarın partiyası ilə əməkdaşlıq istisna olunur, – bu barədə “Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidze bəyan etdi.
Kobaxidzenin qeyd etdiyinə görə, Qaxariyanın siyasi partiyası mütləq parçalanacaq və dağılacaq.
“Bir irəlcədən deyirdik ki, seçkilərdən sonra bu insan ictimaiyyətdən gizlənəcək. Bilirsiniz ki, seçkilərdən sonra sadəcə olaraq görünmür. Elementar olaraq onun partiyasını dəstəkləyən insanlara sağol belə demədi. Bu insan tüstü kimi yoxa çıxdı, bu da deməkdir ki, yaxşı bilir – xəyanatkardır. Bu görünməməklə ilk növbədə özündən gizlənir”, – Kobaxidze bəyan etdi.