İrakli Kobaxidze Ğaribaşvilinin saxlanılması haqda - İnsan olaraq mənim üçün çox məyusedicidir, artıq şərh verə bilmərəm, bütün bunlar ədalət mühakiməsinin işidir
Deyə biləcəyim yeganə şey odur ki, bütün bunlar insan olaraq mənim üçün çox məyusedicidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvilinin saxlanılması məsələsi haqda deyib.
Kobaxidzenin qeyd etdiyi kimi, bütün bunlar ədalət mühakiməsinin işidir.
“Deyə biləcəyim yeganə şey odur ki, bütün bunlar insan olaraq mənim üçün çox məyusedicidir. Bu məsələ ilə bağlı artıq şərh verə bilmərəm. Bütün bunlar ədalət mühakiməsinin işidir, bir daha deyəcəyəm ki, baş verənlər insan olaraq mənim üçün çox məyusedicidir” – İrakli Kobaxidze bildirib.
Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili ilə prosessual razılaşma bağlanılıb və ona əsasən 5 il müddətinə azadlıqdan məhrum edilib.