İrakli Kobaxidze Fransanın yeni təyin olunmuş səfiri Olivie Kurto ilə görüşüb
İrakli Kobaxidze Fransanın yeni təyin olunmuş səfiri Olivie Kurto ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransanın Gürcüstana yeni təyin olunmuş səfiri Olivie Kurto ilə görüşüb. Məlumatı Hökumət Administrasiyası yayır.

Qurumun məlumatına əsasən, baş nazir səfiri Gürcüstanda diplomatik missiyaya başlaması münasibətilə təbrik edib və onun fəaliyyətinin Gürcüstan və Fransa münasibətlərinin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin ikitərəfli və çoxtərəfli formatlarda tərəfdaşlığa diqqət ayrılıb.