İrakli Kobaxidze Fransa Prezidentinin dəvəti ilə Parisdə kosmos məsələlərinə həsr olunmuş ilk beynəlxalq sammitdə iştirak edəcək

10:26, 09.09.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə kosmos məsələlərinə həsr olunmuş ilk beynəlxalq sammitdə iştirak edəcək.
Hökumət administrasiyasının məlumatına görə, Fransa və Almaniyanın həmsədrliyi ilə keçiriləcək sammitdə əsas müzakirə mövzuları elm, tədqiqat, təhlükəsizlik və müdafiə məsələləri olacaq.

Gürcüstan hökumətinin başçısı, həmçinin sammitdə iştirak edən liderlərin şərəfinə Fransa Prezidenti tərəfindən təşkil olunacaq rəsmi qəbulda iştirak edəcək.

Gürcüstanın Baş naziri Fransa Respublikasına nümayəndə heyəti ilə birlikdə yola düşüb. Nümayəndə heyətinin tərkibinə baş nazir müavinləri, xarici işlər naziri Maka Boçorişvili, müdafiə naziri İrakli Çikovani və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Oxşar