İrakli Kobaxidze - Əziz abituriyentlər, bu gün həyatınızda çox mühüm mərhələ başlayır, bu yeni və maraqlı yolda sizə uğur və bütün məqsədlərinizə nail olmağı arzulayıram
İrakli Kobaxidze - Əziz abituriyentlər, bu gün həyatınızda çox mühüm mərhələ başlayır, bu yeni və maraqlı yolda sizə uğur və bütün məqsədlərinizə nail olmağı arzulayıram

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze abituriyentlərə vahid milli imtahanlarda uğurlar arzulayır.

Baş nazirin qeyd etdiyi kimi, Gürcüstanın gələcəyi, tərəqqisi və rifahı yalnız təhsilli cəmiyyətə əsaslanır.

“Əziz abituriyentlər, bu gün həyatınızda çox mühüm və ən məsuliyyətli mərhələlərdən biri başlayır. Vahid milli imtahanlar çoxillik zəhmətinizin kulminasiya nöqtəsidir.

İnanıram ki, hər biriniz bu mərhələni ləyaqətlə, bilik və bacarıqlarınızı maksimum səfərbər edərək qarşılayacaqsınız.

Ölkəmizin gələcəyi, tərəqqisi və rifahı yalnız təhsilli cəmiyyətə əsaslanır. Ona görə də sizin irəliyə, şəxsi inkişafa doğru atdığınız hər bir addım, eyni zamanda Gürcüstanın daha yaxşı sabahına doğru atılan addımdır. Bu yeni və maraqlı yolda sizə uğur və bütün məqsədlərinizə nail olmağı arzulayıram” – baş nazirin müraciətində qeyd olunub.

Vahid milli imtahanlar bu gün gürcü dili və ədəbiyyatı imtahanı ilə başladı.https://1tv.ge/lang/az/news/vahid-milli-imtahanlar-basladi-sekil/