İrakli Kobaxidze – Əsas məsələ dialoqa başlamaqdır, bundan isə Avropa bürokratiyasının nümayəndələri təəssüf ki, bu mərhələdə çəkinirlər, lakin müvafiq iradə olarsa, biz müzakirəyə hazırıq
Şadam ki, “Euronews”un dəvəti ilə Brüsseldəyəm, mənim mesajım tamamilə aydındır – söhbət Gürcüstanın Avropaya inteqrasiyasından gedəndə, burada əsas məsələ dialoqun başlanmasıdır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə jurnalistlərə açıqlayıb.
O, dialoqla bağlı Avropa bürokratiyasının nümayəndələrinin çəkindiklərini, lakin müvafiq iradə olarsa, gürcü tərəfinin müzakirəyə hazır olduğunu bildirib.
“Şadam ki, “Euronews”un dəvəti ilə Brüsseldəyəm. Maraqlı müzakirə oldu. Ümumi format 25 dəqiqəlik idi. Gürcüstanın Avropa perspektivi ilə bağlı çoxlu məsələlərə toxunduq. Sualları cavablandırdım və mənim mesajım tamamilə aydındır – söhbət Gürcüstanın Avropaya inteqrasiyasından gedəndə, burada əsas məsələ dialoqun başlanmasıdır, bundan isə Avropa bürokratiyasının nümayəndələri təəssüf ki, bu mərhələdə çəkinirlər, lakin müvafiq iradə olarsa, biz belə bir müzakirəyə hazırıq. Bütün məsələlər ilə bağlı” – baş nazir bildirib.