İrakli Kobaxidze ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən Hökumət Koordinasiya Komissiyasının iclasında şəbəkə marketlərinin nümayəndələri ilə görüşüb
Biznesin azadlığı bizim üçün əsas başlanğıcdır və təbii ki, biznesin öz fəaliyyətini tamamilə sərbəst baxışına uyğun müəyyən etməsinin üstün cəhətləri var, lakin burada sosial aspekt ortaya çıxır, bu çox vacibdir. Sizinlə birlikdə qiymətlərin aşağı salınmasına necə nail ola biləcəyimizi müzakirə etmək istəyirik — bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ərzaq məhsullarının qiymətləri ilə bağlı fəaliyyət göstərən Hökumət Koordinasiya Komissiyasının şəbəkə marketlərinin nümayəndələrinin iştirak etdiyi bugünkü iclasında deyib.
Hökumət başçısı qeyd edib ki, ölkənin iqtisadi artım nəticəsində əldə etdiyi rifahın vətəndaşlara əks olunması hakimiyyətin prioritetidir.
“Biznesin azadlığı bizim üçün əsas başlanğıcdır və təbii ki, biznesin öz fəaliyyətini tamamilə sərbəst baxışına uyğun müəyyən etməsinin üstün cəhətləri var, lakin burada sosial aspekt ortaya çıxır, bu çox vacibdir. Biznes azad və sərbəst şəkildə fəaliyyətini həyata keçirdikdə bu iqtisadiyyata, məşğulluğa kömək edir, hər cəhətdən vacibdir, lakin bu halda əhaliyə o qədər ağır sosial yük düşür ki, məsləhətləşmələr əsasında ümumi mənzərədə müəyyən dəyişikliklər etməyə çalışmaq qərarına gəldik. Əslində, qiymətlər arasında ikiqat, hətta üçqat fərq olduğu hallar var. Bu istiqamətdə nələrin edilə biləcəyini, qiymətlərin aşağı salınmasına nail olmaq üçün müəyyən təcrübələrin necə dəyişdirilə biləcəyini sizinlə müzakirə etmək istəyirik. Ümumilikdə, hesablamalarımıza görə, orta qiymət artımı 86 faizdir. Düşünürük ki, 86% qiymət artımı olduqca yüksəkdir. Ölkədəki marketlərin sayı beş il ərzində ikiqat artıb. Gürcüstanda hər 100 000 nəfərə 113 market düşür, Almaniyada isə eyni göstərici 45, Avstriyada 62-dir. Daha da aşağı göstəricilər var. Bu, təbiidir, nəticə etibarilə qiymətdə əks olunur və əhalinin üzərinə yük olaraq düşür” – İrakli Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, distribyutorlar, eləcə də yerli istehsalçılarla oxşar formatda görüşlər keçiriləcək. Həmçinin, komissiya dərmanların və yanacağın qiymətləri ilə əlaqədar da işləyəcək.
Görüşdə iri pərakəndə ərzaq şəbəkələri marketlərinin 15-ə yaxın nümayəndəsi iştirak etdi.