İrakli Kobaxidze Ermənistanın daxili işlər naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda rəsmi səfərdə olan Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarkisyanla görüşüb.
Gürcüstan Hökumət Administrasiyasının məlumatında görüşdə iki ölkə arasında hüquq-mühafizə sahəsində mövcud sıx əməkdaşlığa diqqət yönəldildiyi deyilir. Qeyd olunub ki, Gürcüstan və Ermənistan daxili işlər nazirlikləri arasında cinayətkarlığa qarşı mübarizə haqqında imzalanmış saziş tərəfdaşlığın daha da inkişafı üçün möhkəm təməl yaradır. Narkotik cinayətkarlığı və qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində uğurla həyata keçirilmiş birgə əməliyyatlar vurğulanıb.
Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın əhəmiyyəti və ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanlarına toxunulub.