İrakli Kobaxidze Ermənistanın daxili işlər naziri Arpine Sarqsyanla görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda rəsmi səfərdə olan Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarqsyanla görüşüb.
Görüşdə Gürcüstan və Ermənistan arasında dostluq və mehriban qonşuluq münasibətlərinə, eləcə də iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx və səmərəli əməkdaşlığa diqqət yetirilib.
Cənubi Qafqazda davamlı sülhün xüsusi əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların yekunlaşması müsbət qiymətləndirilib və sənədin yaxın gələcəkdə imzalanacağına ümid ifadə olunub. Baş nazir Gürcüstan hökumətinin gələcəkdə də dialoqun təşviqinə və regionda sülh və sabitliyin təmin olunmasına dəstək göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə Gürcüstanın daxili işlər naziri Qela Geladze iştirak edib.