İrakli Kobaxidze Ermənistan Respublikasının əmək və sosial müdafiə naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının əmək və sosial müdafiə naziri Arsen Torosyan ilə görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, tərəflər Gürcüstan və Ermənistan arasında mövcud strateji tərəfdaşlıq haqda danışıblar, əmək və sosial məsələlər sahəsində əməkdaşlıq məsələlərini və gələcək tərəfdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
İki ölkənin qurumları arasında uğurlu əməkdaşlıq qeyd olunub.
İşğal edilmiş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Hökumət Administrasiyasında keçirilən görüşdə iştirak edirdilər.