İrakli Kobaxidze Ermənistan Respublikasının baş prokuroru Ana Vardapetyan ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının baş prokuroru Ana Vardapetyan ilə görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidməti, görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığa və müxtəlif sahələrdə səmərəli əməkdaşlığa diqqət yetirildiyinə dair məlumat yayır.
“Ermənistan və Gürcüstan arasında hüquq sahəsində əməkdaşlıq və birgə səyin, o cümlədən transmilli mütəşəkkil cinayətkarlıqla effektiv mübarizə istiqamətində əhəmiyyəti vurğulanıb.
İkitərəfli yüksək səviyyəli səfərlərin dinamikasına toxunulub və qeyd olunub ki, müntəzəm dialoq münasibətlərin daha da dərinləşməsinə kömək edir.
Görüşdə Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak edirdilər” – Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.