İrakli Kobaxidze Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin (EPC) 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Hökumət Administrasiyasının məlumatına əsasən, tərəflər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafının yüksək səviyyəsini və mehriban qonşuluq münasibətlərini bir daha vurğulayıblar.
Regiondakı mövcud vəziyyətə, sülh və sabitliyin xüsusi əhəmiyyətinə diqqət ayrılıb.
Həmçinin, müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlığa toxunulub.
Gürcüstanın Baş naziri beynəlxalq arenada Gürcüstana göstərdiyi dəstəyə görə erməni həmkarına təşəkkürünü bildirib.
Görüşdə Gürcüstanın vitse-baş naziri, xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.