İrakli Kobaxidze - Əmək bazarının təhlili ortaya çıxardı ki, hər il təxminən 14 400 tələbə universitetlərə qəbul olunmalıdır, bazarın tələblərinə yaxınlaşma mərhələli şəkildə baş verəcək
Ümumilikdə, əmək bazarının təhlilinin ortaya çıxardığı göstəricilərə nəzər salsaq, real olaraq bu göstəricilərə əsasən, hər il təxminən 14 400 tələbə universitetlərə qəbul olunmalıdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze əmək bazarı tədqiqatının nəticələrinin təqdimatında deyib.
Baş nazirin qeyd etdiyi kimi, əmək bazarının tələblərinə yaxınlaşma mərhələli şəkildə baş verəcək.
“Əgər bugünkü reallığı, əmək bazarının tələblərini sərt şəkildə izləsək, göstərici 14 400-dür, lakin yekun olaraq kvotalar bölüşdürüldükdə, beş illik perspektivi hesabladıq və həmçinin, bu gün mövcud şəraiti nəzərə aldıq. Məsələn, hüquq fakültəsi halında götürsək, 3 600 nəfər qəbul olur, tələbat təxminən 700 hüquqşünasadır, lakin tələbat o qədər yüksəkdir ki, onu görməzdən gələ bilmərik, müvafiq olaraq abituriyentlər arasındakı təlabat ilə qəbul arasında kəskin ziddiyyət yaratmamaq üçün bu 700-lik göstəriciyə mərhələli şəkildə enmək haqda qərar qəbul etdik. Mərhələli şəkildə, optimal göstəricilərə keçmək qərarını qəbul etdik, müvafiq olaraq 3600-dən kəskin şəkildə 700-ə deyil, 1500-ə enirik və sonra artıq müvafiq göstəricilərin balanslaşdırılması mərhələli şəkildə təmin ediləcək. Bəzi hallarda təlabat bu gün qəbul olunmuşların sayından daha yüksəkdir, lakin ali təhsil sistemində digər problemlər də mövcuddur, məsələn, kifayət qədər yüksək ixtisaslı akademik personalın çatışmazlığı. Bundan irəli gələrək, bu halda, qəbul olanların sayını ildən-ilə mərhələli şəkildə optimal göstəricilərə çatdırmaq qərarını verdik.
Universitetlərə 14 400 tələbə qəbulunun zəruri olduğunu bizə göstərən göstəricilərimiz var, lakin bəhs etdiyim bu amilləri nəzərə almaqla, yekun olaraq, 21 300 tələbənin qəbulu elan ediləcək, müvafiq olaraq əmək bazarının təhlilinin bizə verdiyi optimal göstəricini 50 faiz üstələyirik. Biz əmək bazarının tələbləri ilə tələbələrin qəbul göstəricisi arasında tam yaxınlaşmanın qayğısına mərhələli şəkildə qalmalıyıq” – İrakli Kobaxidze bildirib.