İrakli Kobaxidze – Elə insanlar var ki, görünür, korrupsiya onlar üçün adi və təbii haldır. Onlar heç anlamırlar ki, insanlar, o cümlədən komanda, keçmiş liderin korrupsiyaya bulaşmasına görə niyə qəzəbli ola bilər
“Görünür, elə insanlar var ki, korrupsiya onlar üçün adi haldır və onlar heç anlamırlar ki, insanlar, o cümlədən komanda, konkret şəxslərə, komandanın keçmiş liderinə korrupsiyaya bulaşdığı üçün niyə qəzəbli ola bilər” – bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, çoxsaylı problemlər, o cümlədən korrupsiya ilə bağlı ciddi məsələlər olub və bütün bunları heç kim saxta kampaniyalarla ört-basdır edə bilməz.
“Ölkəmizdə belə hadisələrin baş verməsi çox təəssüf doğurur. Çoxsaylı problemlər olub və heç kim bu problemləri saxta kampaniyalarla ört-basdır edə bilməz. Korrupsiya ilə bağlı ciddi problemlər var idi.
Görünür, elə insanlar var ki, korrupsiya onlar üçün adi haldır və onlar heç anlamırlar ki, insanlar, o cümlədən komanda, konkret şəxslərə, komandanın keçmiş liderinə korrupsiyaya bulaşdığı üçün niyə qəzəbli ola bilər.
Elə insanlar var ki, sadəcə bunu anlamırlar: korrupsiya pis haldır və əgər sən korrupsiyaya cəlb olunmusan deyə insanlar və ya komanda sənə qəzəblənirsə, bunun səbəbini başa düşmürlər. Bu, onların işidir. Bizim işimiz isə bütün məsələlər üzrə qanunun icrasını təmin etməkdir”, – deyə Baş nazir bildirib.