İrakli Kobaxidze - "Eagle Hills"in layihəsinin həyata keçirilməsi mərhələsində 24 mindən çox iş yeri və layihənin başa çatmasından sonra 8 mindən çox daimi iş yeri yaradılacaq
İrakli Kobaxidze - "Eagle Hills"in layihəsinin həyata keçirilməsi mərhələsində 24 mindən çox iş yeri və layihənin başa çatmasından sonra 8 mindən çox daimi iş yeri yaradılacaq

 

“Eagle Hills”in layihəsinin həyata keçirilməsi mərhələsində 24 mindən çox iş yeri və layihənin başa çatmasından sonra 8 mindən çox daimi iş yeri yaradılacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə interpelyasiya qaydası ilə dinlənilərkən deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, tikintini gürcü tikinti şirkətləri təmin edəcəklər, bu, “Eagle Hills” şirkətinin yanaşmasıdır.

“Onlar yerli şirkətlər vasitəsilə fəaliyyət göstərirlər və onlar məhz gürcü şirkətləri ilə müqavilə bağlamağı planlaşdırırlar və müvafiq olaraq, gürcü şirkətləri layihələrin həyata keçirilməsi zamanı Gürcüstan vətəndaşlarını maksimum dərəcədə işlə təmin edəcəklər. Bu təcrübə Gürcüstanda biznes sektorunun inkişafına öz töhfəsini verəcək” – İrakli Kobaxidze bildirib.