İrakli Kobaxidze - "Eagle Hills"in layihəsi təxminən 850 hektar ərazidə həyata keçirilir, hamını sadə spekulyasiyalarla torpaq sahələri barədə yanlış təsəvvür yaratmağa çalışmamağa çağırırıq
İrakli Kobaxidze - "Eagle Hills"in layihəsi təxminən 850 hektar ərazidə həyata keçirilir, hamını sadə spekulyasiyalarla torpaq sahələri barədə yanlış təsəvvür yaratmağa çalışmamağa çağırırıq

 

“Eagle Hills”in layihəsi ümumilikdə təxminən 850 hektar ərazidə həyata keçirilir, buradan Krtsanisi ərazisi təxminən 600 hektardır, Qonio ərazisinə gəlincə, bu, təxminən 250 hektar ərazidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə interpelyasiya qaydası ilə dinlənilərkən deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, min cür spekulyasiya eşidilir, siyasi partiyaların müxtəlif nümayəndələri bu ərazinin Monako ölkəsindən dörd dəfə çox olduğunu bildirirlər.

“Bu cür spekulyativ bəyanatlarla kimə təsir edə biləcəyini bilmirəm. Gürcüstanda hər kəs yaxşı bilir ki, Monako cırtdan dövlətdir, bu ölkələri belə adlandırırlar və onların aralarında belə ən kiçik dövlətdir. Əslində, bu, çox kiçik şəhərdir və Monakonun ərazisi ilə müqayisə birmənalı olaraq spekulyativdir. Qeyri-spekulyativ şəkildə sizə göstərsək, məsələn, Krtsanisinin Tbilisi ərazisinə nisbətən payı nə qədərdir – Tbilisinin ərazisi ilə müqayisədə 120 dəfə az ərazidir. Spekulyasiyaları dəf etməliyik və hamını, rəqiblərimizi bu cür sadə spekulyasiyalarla torpaq sahələri barədə yanlış təsəvvür yaratmağa çalışmamağa çağırırıq” – İrakli Kobaxidze bildirib.