İrakli Kobaxidze - "Eagle Hills"in investisiya layihəsi ilə Gürcüstan iqtisadiyyatına il ərzində 11 milyard lari əlavə olunacaq
“Eagle Hills”in investisiya layihəsi ilə Gürcüstan iqtisadiyyatına il ərzində 11 milyard lari əlavə olunacaq, on il ərzində isə illik ölçüdə, ölkənin büdcəsinə 700 milyon lari əlavə olunacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabidə jurnalistlərə deyib.
Baş nazirin sözlərinə əsasən, bu bir konkret layihə ölkəmizin inkişafına heç bir mənfi amil olmadan mühüm təsir göstərir, müvafiq olaraq, dövlət bu layihənin əvvəldən axıra qədər uğurla həyata keçirilməsi üçün məsuliyyət götürür.
“Eagle Hills”in investisiya layihəsinin ölkəmizin iqtisadiyyatına necə təsir göstərəcəyini gəlin bir daha xatırlayaq – Gürcüstan iqtisadiyyatına il ərzində 11 milyard lari əlavə olunacaq. 10 il ərzində illik ölçüdə ölkənin büdcəsinə orta hesabla bir konkret investisiya layihəsindən 700 milyon lari əlavə olunacaq. Həm iqtisadiyyat, həm də büdcə bu böyüklükdə mənfəət əldə edəcək və bundan başqa, minlərlə iş yeri yaradılacaq. Söhbət həm müvəqqəti, həm də daimi iş yerlərindən gedir. Layihənin birbaşa icrası mərhələsində 24 000 iş yeri və layihə başa çatdıqdan sonra 8 000 daimi iş yeri yaradılacaq. Bir konkret layihə ölkəmizin inkişafına heç bir mənfi amil olmadan bu qədər mühüm təsir göstərir. Müvafiq olaraq, dövlət bu layihənin əvvəldən axıra qədər uğurla həyata keçirilməsi üçün məsuliyyət götürür” – baş nazir bildirib.