İrakli Kobaxidze - Düzgün yanaşma ilə iş şəraitində 3–4 ilə bütün əsas fənnlər üzrə dərsliklərin yaradılması mümkündür, bu, konsepsiyanın əsas məqsədi olmalıdır
Bütün istiqamətlərdə, bütün əsas fənnlər üzrə müasir standartlara cavab verən dərsliklər yaratmaq mümkündür və bu, konsepsiyanın əsas məqsədi olmalıdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze interpelyasiya qaydasında deputatların suallarını cavablandırarkən deyib.
Hökumət başçısının sözlərinə əsasən, düzgün yanaşma ilə iş şəraitində 3–4 ilə bütün əsas fənnlər üzrə dərsliklərin yaradılması mümkündür.
“Əgər kadr siyasətinə və bütövlükdə, ali təhsil siyasətinə nəzər salsaq, düşünürəm ki, bir neçə ilə bütün əsas fənnlər üzrə dərsliklər yaratmağımız mümkündür. Düzgün yanaşma ilə iş şəraitində bu 3–4 ilə mümkündür. Bu gün hüquq fakültəsini götürsək, konstitusiya hüququ istiqamətində iki əsas fənn var – konstitusiya hüququ və insan hüquqları. Bu fənnlərdən birində – insan hüquqları fənnində bu günə qədər müasir standartlara cavab verən dərsliyimiz yoxdur. İnsan hüquqlarından söz gedir və müasir standartlara cavab verən dərsliyimiz yoxdur. Bütün istiqamətlərdə, bütün əsas fənnlər üzrə müasir standartlara cavab verən dərsliklər yaratmaq mümkündür və bu, konsepsiyanın əsas məqsədi olmalıdır” – baş nazir bildirib.