İrakli Kobaxidze - Düşünürük ki, bu il 6%-dən yüksək iqtisadi artımımız olacaq, bunun üçün əlavə təşəbbüsləri də cəmiyyətə təqdim edəcəyik
Düşünürük ki, bu il 6%-dən yüksək iqtisadi artımımız olacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Asiya İnkişaf Bankının iqtisadi artım proqnozu ilə bağlı verilmiş suala cavabında deyib.
Baş nazir bildirib ki, iqtisadi artım proqnozu adətən çox daha aşağı olurdu və ölkə planı həmişə artıqlaması ilə yerinə yetirirdi.
“6% ilkin proqnozdur, lakin ilk iki ayın göstəricisi xeyli yüksəkdir – 9,4%. Müvafiq olaraq, 6%-i əhəmiyyətli dərəcədə keçəcəyimizə dair əsaslı ümidimiz var. Əvvəlki illər halında da adətən bu baş verirdi, proqnoz adətən çox daha aşağı olurdu və sonra biz planı adətən artıqlaması ilə yerinə yetirirdik, düşünürük ki, bu il də bu, mümkün olacaq. Düşünürük ki, bu il 6%-dən yüksək artımımız olacaq, bunun üçün əlavə təşəbbüsləri də cəmiyyətə təqdim edəcəyik” – baş nazir bildirib.