İrakli Kobaxidze Duşetinin yeni bərpa olunmuş №2 ictimai məktəbini ziyarət edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil, elm və gənclik naziri Qivi Mikanadze ilə birlikdə Duşeti şəhərinin yeni bərpa olunmuş №2 ictimai məktəbini ziyarət edib.
Hökumət başçısı məktəbin yenilənmiş infrastrukturu ilə tanış olub və müəllimlərlə görüşüb.
İrakli Kobaxidze müəllimlərə uğurlar arzulayıb və qeyd edib ki, bütün ölkə miqyasında məktəb infrastrukturunun inkişafı hökumət üçün prioritetdir.
Məktəbin həm qapalı idman zalı, həm də açıq meydançası, kitabxana, resurs otağı, bufet, akt zalı, konfrans auditoriyası, həkim otağı və laboratoriyaları var.
Məktəbin 600-ə yaxın şagird və 46 müəllimi var.
Bərpa işləri Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib və onun dəyəri 5,5 milyon larini keçib.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidməti yayır.