İrakli Kobaxidze Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Abebe Aduqna ilə görüşüb

17:09, 10.11.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə firavanlıq məsələləri üzrə regional direktoru Abebe Aduqna ilə görüşüb.

Hökumət Administrasiyası, Gürcüstan ilə Dünya Bankı arasında ölkədə mühüm iqtisadi və struktur islahatlarının həyata keçirilməsinə kömək edən çoxillik səmərəli tərəfdaşlığa toxunulduğuna dair məlumat verir.

“Dayanıqlı iqtisadi artım və əmək bazarının inkişafı istiqamətində Dünya Bankının analitik tədqiqatlarının əhəmiyyəti vurğulanıb. Bankın Gürcüstan iqtisadiyyatının müxtəlif sektorlarının, o cümlədən avtomobil və dəmir yolu infrastrukturu, energetika, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrinin inkişafındakı iştirakına diqqət ayrılıb. Dünya Bankının dəstəyi ilə bu mərhələdə Gürcüstanda təxminən 1,3 milyard ABŞ dolları dəyərində 10 layihə həyata keçirilir.

Maliyyə naziri Laşa Xutsişvili və Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Hökumət Administrasiyasında keçirilən görüşdə iştirak edirdilər” – məlumatda qeyd olunub.

Oxşar