İrakli Kobaxidze - Dünən 12 nazir vəzifəsinə təyin edildi, bununla da seçkilər əsasında yeni iqtidarın formalaşdırılması başa çatdı, dekabrın 14-də Gürcüstanın prezident seçkiləri keçiriləcək
Dünən 12 nazir vəzifəsinə təyin edildi, bununla da 26 oktyabr parlament seçkiləri əsasında yeni iqtidarın formalaşdırılması başa çatdı – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
O deyib ki, dekabrın 14-də Gürcüstanın prezident seçkiləri keçiriləcək, bundan sonra da bütün konstitusiya orqanları gürcü xalqının əksəriyyətinin iradəsinə uyğun olaraq komplektləşdiriləcək.
“Məlumat vermək istərdim ki, dünən 12 nazir vəzifəsinə təyin edildi, bununla da 26 oktyabr parlament seçkiləri əsasında yeni iqtidarın formalaşdırılması başa çatdı. Onu da xatırladım ki, dekabrın 14-də Gürcüstanın prezident seçkiləri keçiriləcək, bundan sonra da bütün konstitusiya orqanları gürcü xalqının əksəriyyətinin iradəsinə uyğun olaraq komplektləşdiriləcək” – baş nazir bildirib.