İrakli Kobaxidze Dubayın ev sahibliyi edəcəyi Dünya Hökumətləri Sammitinə dəvət olunub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ahmed al-Nuaimi ilə görüşüb.
Görüşdə iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, səfir Gürcüstan hökumətinin başçısına Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubay hökmdarı Şeyx Mohamed bin Raşid al-Maktumun Əbu-Dabidə keçiriləcək BMT-nin Su Konfransına və eləcə də Dubayın ev sahibliyi edəcəyi Dünya Hökumətləri Sammitinə rəsmi dəvətini təqdim edib.