İrakli Kobaxidze - Dövlətçiliyimizin 23 əsrlik tarixi var, müstəqilliyimiz və millətimizlə qürur duyuruq
Dövlətçiliyimizin 23 əsrlik tarixi var, müstəqilliyimiz və millətimizlə qürur duyuruq – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştdə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan müstəqillik uğrunda uzun əsrlər boyu mübarizə aparırdı və bu mübarizə gürcülərin genetik kodundadır.
“Bu mübarizə davam edir. İndi azadlıq və müstəqillik uğrunda mübarizə aparası oluruq. Macarıstan Gürcüstanın müstəqilliyi uğrunda mübarizədə əsas dəstəkçilərdən biridir. Biz dostlarımıza – Macarıstan hökumətinə minnətdarıq. Millətlərimiz və hökumətlərimiz arasında güclü dostluq, əməkdaşlıq mövcuddur və əminəm ki, gələcəkdə daha da güclənəcək” – İrakli Kobaxidze bildirib.
Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir Gürcüstanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.