İrakli Kobaxidze - Dövlət və kilsə bir-birindən ayrıdır, biz konstitusiyada öz əksini tapmış sekulyarizm prinsipinə hörmət edirik
İrakli Kobaxidze - Dövlət və kilsə bir-birindən ayrıdır, biz konstitusiyada öz əksini tapmış sekulyarizm prinsipinə hörmət edirik

 
Biz, əlbətdə, konstitusiyada öz əksini tapmış sekulyarizm prinsipinə hörmət edirik və dövlətlə kilsə, hakimiyyətlə kilsə arasında münasibətlər məhz bu prinsipə əsaslanır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualına cavab olaraq deyib.

Baş nazir, dövlət və kilsənin bir-birindən ayrı olduğunu bildirib.

“Bu gün Svetitsxovlobadır və bu gün hər kəs əlbətdə, ölkəmizin bütövlüyündən danışmalıdır, burada, həm fiziki, həm də mənəvi bütövlük və birləşmə nəzərdə tutulur. Bu, bizim əsas milli vəzifəmizdir. Dövlət və kilsəyə gəlincə, təbii ki, dövlət və kilsə bir-birindən ayrıdır. Biz, əlbətdə, konstitusiyada öz əksini tapmış sekulyarizm prinsipinə hörmət edirik və dövlətlə kilsə, hakimiyyətlə kilsə arasında münasibətlər məhz bu prinsipə əsaslanır. Ümumiyyətlə, kilsə nümayəndələrinin və din xadimlərinin siyasi məsələlərə münasibətinə gəlincə, onların konkret münasibətinin olması sizi nə təəccübləndirməli, nə də incitməlidir. Siz vurğuladınız ki, bütün bu müddət ərzində tendensiya görünür və bir daha təkrar edəcəyəm ki, siz buna görə nə inciməli, nə də qəzəblənməlisiniz” – baş nazir qeyd edib.