İrakli Kobaxidze – Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstanın konstitusiya quruluşunun qorunmasında baş rolu oynayır, destruktiv qüvvələrin hakimiyyəti zorakılıq yolu ilə dəyişdirmək cəhdlərinin qarşısı uğurla alınıb
11 il əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti – Gürcüstanın konstitusiya quruluşunun, dövlət suverenliyinin və hər bir vətəndaşın təhlükəsizliyinin qorunması işində baş rolu oynayan təsisat yaradıldı – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə əsasən, ölkənin demokratik və iqtisadi inkişafının, irəliləyişinin əsas təməli sülh və sabitlikdir, bu da məhz Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşının gündəlik səylərinə əsaslanır.
“Sülhün keşiyində dayanmaq gündəlik yüksək risklə bağlıdır. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş qəhrəman zabitlərin xatirəsini ehtiramla yad edirəm. Bu gün dünyada mövcud mürəkkəb geosiyasi vəziyyət və regionumuzdakı ciddi təhlükəsizlik çağırışları fonunda, xarici xüsusi xidmət orqanlarının və destruktiv qüvvələrin ölkədə destabilizasiya yaratmaq və hakimiyyəti zorakılıq yolu ilə dəyişdirmək cəhdlərinin qarşısı uğurla alındı. Lakin, təhlükələr yoxa çıxmayıb. Gürcüstan ərazilərinin işğalı ölkəmizin ən böyük çağırışlarından biri olaraq qalmaqdadır. Hakimiyyətimizin birinci dərəcəli prioriteti işğal xətti boyunca destruktiv əməllərə dərhal reaksiya vermək və işğal olunmuş ərazilərdə yaşayan həmvətənlərimizin fundamental hüquqlarını qorumaqdır” – İrakli Kobaxidze bildirib.