İrakli Kobaxidze – Dövlət qulluğunda əməkhaqqı artmağa davam edəcək, dövlət qulluqçularının əməkhaqları 2026-cı ildə də 10 faiz artacaq

12:02, 08.09.2025

 

Dövlət qulluğunda əməkhaqqı artmağa davam edəcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, 2026-cı ildə də dövlət qulluqçularının əməkhaqları 10 faiz artacaq.

“Dövlət qulluğunda əməkhaqqı artmağa davam edəcək. Bildiyiniz kimi, ötən illər ərzində hər il əməkhaqları 10 faiz artırdı və dövlət qulluqçularının əməkhaqları 2026-cı ildə də 10 faiz artacaq” – İrakli Kobaxidze bildirib.

Oxşar