İrakli Kobaxidze dövlət ali təhsil müəssisələrinin rektorları ilə təhsil sistemi islahatı konsepsiyasını müzakirə edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət ali təhsil müəssisələrinin rektorları ilə təhsil sistemi islahatı konsepsiyasını müzakirə edib.
Gürcüstan hökumətinin məlumatına əsasən, İrakli Kobaxidze ali təhsilin keyfiyyətini keyfiyyətcə yüksəltmək məqsədi daşıyan konsepsiyanın istiqamətləri haqqında ətraflı danışıb.
“O cümlədən, universitetlərdə fakültələrin bölüşdürülməsi, regional universitetlərin inkişaf etdirilməsi zərurəti və təhsil sisteminin desentralizasiyasına toxunulub.
Hökumət başçısı islahatın tam şəkildə həyata keçirilməsi üçün rektorların və professor-müəllimlərin baxış və mülahizələrinin nəzərə alınmasının əhəmiyyətini vurğulayıb və bu cür görüşlərin gələcəkdə də davam edəcəyini qeyd edib.
Müzakirələrin nəticəsində isə təhsil islahatı konsepsiyası son formasını alacaq və hökumət onu təsdiqləyəcək
Baş nazirlə universitet rektorlarının görüşü sual-cavab rejimində keçirilib. Rektorlar hökumət başçısından onları maraqlandıran suallara cavablar alıblar” – Gürcüstan hökumətinin məlumatında deyilir.
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze, nazir müavini Zviad Qabisonia, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və təhsil islahatı məsələsi üzərində işləyən Ali Təhsil İslahatı üzrə Hökumət Komissiyasının katibi Levan İzoria görüşdə iştirak edirdilər.