İrakli Kobaxidze - Diplomatik pasportlara viza məhdudiyyətinin tətbiqi son dərəcə qeyri-dost addımdır, yanvarın 20-dən sonra Avropa İttifaqının siyasətində müəyyən dəyişikliklərin baş verəcəyinə ümidvaram
Bu gün hansı qərarın veriləcəyi təxminən əvvəlcədən bəllidir, bununla bağlı məlumat sızıb. Xüsusi bir şey yoxdur, masadakı yeganə mənfi məqam diplomatik pasportlara viza məhdudiyyətinin tətbiq edilməsidir, o da müəyyən vaxtdan sonra – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü və sanksiyaların müzakirəsi haqda jurnalistin sualına cavabında deyib.
Hökumət başçısı son nəticədə Avropa İttifaqında konkret siyasətçilərin və bürokratların mövqelərinin dəyişəcəyinə ümid edir.
“Masadakı yeganə mənfi məqam diplomatik pasportlara viza məhdudiyyətinin tətbiq edilməsidir, o da müəyyən vaxtdan sonra. Əlbətdə, bu da son dərəcə qeyri-dost, anti-gürcü addımdır. Son nəticədə Avropa İttifaqında konkret siyasətçilərin və bürokratların mövqelərinin dəyişəcəyinə ümidvaram. Xüsusilə, yanvarın 20-dən sonra Avropa İttifaqının siyasətində müəyyən dəyişikliklərin baş verəcəyinə ümid edirik, qalanını gözləyək” – baş nazir bildirib.