İrakli Kobaxidze Didi Diğomidə yeni çoxfunksiyalı ictimai mərkəzə baxış keçirib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze paytaxtın meri Kaxa Kaladze ilə birlikdə Saburtalo rayonunda Didi Diğomidə yeni çoxfunksiyalı ictimai mərkəzə baxış keçirib.
Mərkəzdə böyük və kiçik hovuzlar, fitnes zalı, quru sauna, basketbol, voleybol, boks, güləş, cüdo və gimnastika dərnəkləri fəaliyyət göstərəcək.
Binada media kitabxanası, səsyazma studiyası, idman reabilitasiya mərkəzi, şagird-gənclər mərkəzi və kafe-bar yerləşir. Tam gücü ilə fəaliyyətə başladıqdan sonra mərkəz hər ay 10 000 qədər vətəndaşa xidmət göstərəcək.
Layihənin ümumi dəyəri 17 186 593 lari təşkil edir.